Sampaoli yenidən Braziliya klubunda
- 02 Mar 2020 21:30
- 778
Futbol üzrə Argentina milli komandasının sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni iş yeri məlum olub.
Rekord.az xəbər verir ki, 59 yaşlı mütəxəssis “Atletiko Mineyro” klubunun “sükanı arxasına” gətirilib.
Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sampaoli ilə imzalanan müqavilənin detalları məlum deyil.
Daha əvvəl Çili və Argentina milli komandalarını, İspaniya “Sevilya”sını çalışdıran Sampolinin son klubu Braziliya “Santos”u olub. O, 2019-cu ilin dekabrından işsiz idi.