İtaliyanın “Sampdoriya” klubu baş məşqçisi Eusebio Di Françesko ilə yolları ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

50 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub. Bu üzdən də klub rəhbərliyi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək Di Françesko və onun köməkçiləri ilə müqaviləyə xitam verib.

Qeyd edək ki, “Sampdoriya” A Seriyasında 7 turdan sonra 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.