Santuş Gəncədəki şəraitdən narazı qalıb?
- 28 Okt 2024 14:00
- 280
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu yaxınlarda Gəncədə olub, "Kəpəz" Məşq Bazası ilə tanış olub.
Rekord.az xəbər verir ki, səfər zamanı onu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədov müşayət edib.
Baza ilə tanışlıqda məqsəd gələcəkdə millinin təlim-məşq toplanışlarından birinin Gəncədə təşkili ilə bağlı idi, Lakin bizə çatan məlumata görə, şərait heç də tam olaraq Santuşu razı salmayıb. Akademiyanın binasında qalmaq üçün şərait olsa da, otaqlar əsas milli üçün uyğun olmayıb. Belə olan halda, gərək komanda gecələmək üçün otel axarışına çıxa ki, bu da əlavə xərc deməkdir. Bundan başqa, ətrafda tikinti işlərinin gedişi də burada milli səviyyəsində toplanışı uyğusuz edir. Bununla belə, qərara alınıb ki, əsas milli olmasa da, U-16 və U-17 millilərindən birinin toplanışlarındna biri mütləq Gəncədə təşkil olunsun.