Milli komandanın baş məşqçisi Santuş təyinatından sonra hələ də Məşqçilər Şurasının üzvləri ilə görüşməyib.

Bu barədə Rekord.az-a açıqlamasında şura üzvü Ağasəlim Mircavadov məlumat verib.

Təcrübəli mütəxəssis fəaliyyət göstərdiyi şuranın futbolun inkişafı üçün bir sıra təkliflər verdiklərini də bildirdi: "Bir sıra layihələrimiz var. Digər təkliflərimiz də olub. Məsələn, II liqanın yaradılmasını, əvəzedici komandaları I Liqadan ayırmağı biz təklif etmişdik. Bundan başqa, uşaq futbolu ilə bağlı digər layihələrimiz də var. Düşünrəm ki, onları edə bilsək, futbolumuzda daha da inkişaf edə bilər".