Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən böyüklər arasında Avropa kubokuna yekun vurulub.

Rekord.az xəbər verir ki, Azərbaycan millisi bu yarışda məşqçi Vüqar Hüseynovun rəhbərliyi altında 3 çəki dərəcəsində 6 idmançı ilə təmsil olunub.

Yığmamız bu yarışı 2 medalla başa vurub. Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) bürünc medalla kifayətləniblər.