Avro-2024-ün seçmə qrup oyunu çərçivəsində Ukraynanı evdə 2:0 hesabı ilə məğlub edən İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt oyunla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, oyundan və nəticədən razı qaldığını bildirib: "Oyundan çox razl qaldım. İtaliyadakı matçın ilk hissəsində topa çox yaxşı sahib olurduq. İkinci hissədə isə onu rəqibə təhvil verdik. Bu gün isə çətin hesab olunan oyunu çox sadə oynadıq. Çox dəqiq pressinq tətbiq etmək lazım idi ki, mərkəz xəttimizdə yer alan futbolçular da bunun öhdəsindən gəldi".