
"Səbaiı" I Liqaya düşsə...
- 24 Mar 2025 15:00
- 724
"Səbail" mövsümün sonunda I Liqaya düşsə, klubun gələcək fəaliyyəti sual altına düşəcək.
Rekord.az-a daxil olan məlumata görə, hazırkı sponsor "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) aşağı liqada komanda saxlamaqda maraqlı deyil.
AFFA da "Səbail"in varlığında o qədər də maraqlı deyil və federasiya daha çox bölgə klublarının inkişafında maraqlıdır. Bu mənada ola bilsin ki, federasiya da "Səbail"ə maliyyə ayırmaqdan imtina etsin.