Xəbər verdiyimiz kimi "Səbail"in hücumçusu Ağabala Ramazanova ölkə xaricindən təkliflər var.

 

Rekord.az xəbər verir ki ona konkret olaraq Küveydən və Moldova "Şerif"indən Ramazanova böyük maraq var.

 

Əldə etdiyimiz məlumata görə "Səbail" də hücumçusunu buraxmağın əlehinə deyil. Lakin bunun üçün Ramazanovu istəyən klubun 100 min dollar təzminat ödəməsi lazımdır. Bayıl təmilçisi futbolçusuna bu qiyməti qoyub.