
“Səbail” Cavid Hüseynovu istefaya göndərdi
- 16 Mar 2025 20:00
- 78
“Səbail” PFK-nın baş məşqçisi Cavid Hüseynov istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Adıçəkilən mütəxəssisə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Mütəxəssis ötən ilin noyabrında Bakı klubunun baş məşqçi postuna təyin olunmuşdu.
"Səbail" Premyer Liqanın turnir cədvəlində 27 turdan sonra 18 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.