“Səbail” daha bir futbolçusu ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, paytaxt klubu Petro Stasyukla yollarını ayırdığını açıqlayıb.

Ukraynalı oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Petroya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

“Dənizçilər” Stasyukdan əvvəl Luvaqa Kizito, Qoba Zakpa, Qustavo de Fransa, Franko Mazurek, Emil Martinov və Ruslan Hacıyevlə də yollarını ayırmışdı.