"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı
- 12 Dek 2019 16:00
- 1084
Uğursuzluq zolağından çıxa bilməyən "Səbail"də "təmizləmə əməliyyatı" davam edir.
Rekord.az xəbər verir ki, dünən ukraynalı müdafiəçi İqor Korotetski ilə yollarını ayıran Bayıl klubu daha bir müdafiəçiyə qapını göstərib.
Baş məşqçi Aftandil Hacıyev Elvin Yunuszadə ilə də əməkdaşlığın dayandırılmasına qərar verib. "Dənizçilər"in heyətinə bu ilin yanvarında "Sabah"dan gəlmiş 27 yaşlı futbolçu artıq özünə klub axtarmağa başlayıb. Elvinin komandadan göndərilməsinin əsas səbəbi intizamsız olmasıdır. (sportinfo.az)