Bakıdakı hazırlıq prosesini başa vuran “Səbail” də Türkiyəyə yollanıb.

Rekord.az xəbər verir ki, artıq Antalyaya çatan paytaxt təmsilçisi burada “Miracle Resort Hotel”də məskunlaşıb.

Qeyd edək ki, “Səbail” Azərbaycan Premyer Liqasının Türkiyəyə yollanan sonuncu iştirakçısı idi. Daha öncə “Zirə”, “Sabah” və “Neftçi” təlim-məşq toplanışı üçün Antalyaya üz tutmuşdusa, ötən gecə və bu gün səhər saatlarında “Keşlə”, “Qarabağ”, “Qəbələ” və “Sumqayıt” qardaş ölkəyə yollanmışdı.

Bütün klublarımızı Antalyada təxminən iki həftəlik təlim-məşq toplanışı gözləyir.