Azərbaycan Premyer Liqasında mübarizə aparan daha bir klub mövsümün qalan hissəsinin hazırlığına start verib. 

Rekord.az xəbər verir ki, qış fasiləsinə yekun vuran “Səbail” bu gün yeni ildə ilk məşqinə çıxıb.

Qeyd edək ki, “Səbail” da hazırlığın əsas hissəsini Tükiyədə keçəcək. Hətta Aftandil Hacıyevin çalışdırdığı kollektivin təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər də məlumdu.

Paytaxt təmsilçisi qardaş ölkədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. “Səbail” Qazaxıstanın “Jetısu” (15 yanvar), Ukraynanın “Olimpik” (Donetsk, 18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Səbail” qış fasiləsinə 12 xalla sonuncu pillədə yollanıb.