
“Səbail” güclü oyun nümayiş etdirdi” - Qurban Qurbanov
- 27 Fev 2025 20:45
- 41
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"ə qarşı cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Rekord.az xəbər verir ki, mütəxəssis qalib gəldikləri matç barədə danışıb:
"Yarımfinala vəsiqə qazanmaqları münasibəti ilə futbolçularımı təbrik edirəm. Hava çox soyuq olmasına baxmayaraq, rəqib də güclü oyun nümayiş etdirdi. Heyətdə bəzi dəyişikliklər etmişdilər. Azarkeşlər üçün heç də maraqsız oyun olmadı. Qollar vuruldu, bəzi qollar sayılmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ" evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib.