
"Səbail" l Liqaya düşsə...
- 15:00
- 140
Hazırda Premyer Liqada sonuncu pillədə olan "Səbail" I Liqaya düşmək təhlükəsi ilə üz-üzədir.
Rekord.az xəbər verir ki, hazırkı vəziyyətdə rəhbərlik komanda üçün dəstək verir, yeni oyunçuların alınması üçün qış fasiləsi dönəmində maliyyə də ayırılmışdı.
Lakin komanda I Liqaya düşəcəyi təqdirdə, bu dəstəyin olacağı sual altındadır. Əldə etdiyimiz məlumata görə, klubun əsas sponsoru olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) I Liqada klub saxlayacağı sual altındadır. Əgər belə olarsa, komanda yalnız dövlətin ayıracağı 300 min manatın ümidinə qalacaq.