Azərbaycan klubları 2019/2020 mövsümündə UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak üçün nəzərdə tutulan "həmrəylik ödənişi"ni bir neçə gün öncə alıb.

 

Rekord.az xəbər verir ki, sözügedən vəsait AFFA-nın vasitəsi ilə Premyer Liqa təmsilçilərinə çatdırılıb.

 

 

Avropa futbol qurumu Çempionlar Liqasında iştiraka görə "Qarabağ"a 1 milyon 140 min avro ayırıb. (sportinfo.az)

 

Qurum Avropa Liqasında iştirak edə komandalardan "Neftçi"yə 780 min, "Qəbələ"yə 260 min, "Səbail"ə isə 240 min avro verib.

 

"Səbail" rəhbərliyi UEFA-dan pulu qəbul eləsə də, sözünün üstündə dayanmayıb. Belə ki, Avropa Liqasına vəsiqə müqabilində hər bir futbolçuya vəd etdikləri 5000 manat mükafatı verməyiblər.

Etiraz nəticəsiz qalıb. Komanda üzvlərinə yalnız 1500 manat paylanıb. Bu da Premyer Liqanın cari mövsümündə qazanılan 3 qələbəyə görə.