"Səbail" rəhbərliyi maddi sıxıntıdan çıxış yol axtarır.

Rekord.az-a AFFA-ya yaxın mənbədən verilən məlumata görə, klub dağılmayacaq və ən azı mövsümü başa vuracaq.

Amma böyük ehtimalla, strategiya dəyişəcək. Çünki rəhbərlik xərcləri daha da azaltmaq üçün təcrübəli futbolçulardan imtina edib daha az maaşa oynayan daha gənc futbolçulara güvənmək niyyətindədir.