“Səbail” top daşıyanlara, “Sumqayıt” oyunu ləngitdiyinə görə cəzalandı
- 03 Mar 2020 17:00
- 618
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail-2” – “Qarabağ-2” oyununda top daşıyan şəxslərin sayı əsasnamədə göstəriləndən az olduğu üçün “Səbail-2” klubu 80 manat cərimə olunub.
MOİK – “Sumqayıt-2” oyununda MOİK-in 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Matç bitdikdən sonra oyunun videoyazısı hakim-inspektora təqdim edilmədiyi üçün MOİK 80 manat cərimə olunub. “Sumqayıt-2” klubu soyunub-geyinmə otağında ləngidiyi üçün oyun 4 dəqiqə gec başlayıb. Bu səbəbdən “Sumqayıt-2” 240 manat cərimə olunub.