AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 24-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:


“Araz-Naxçıvan-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.


“Zirə-2” – “Kəpəz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilib.


“Zirə-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilib.