Bosniya və herseqovinalı müdafiəçi Adi Mehremiç “Səbail”dən ayrılıb.

Rekord.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında paylaşım edib:

“Bura gəldiyim ilk gündən özümü yalnız evdəki kimi hiss etdim. Oğlum burada doğuldu, ona görə də mən “Səbail” və Bakı ilə daha da bağlılıq hiss edirdim. Klubdakı hər kəsə təşəkkür etmək istəyirəm. Klubdakı bütün insanlar mənə və ailəmə sevgi və dəstək verdilər. Vidalaşmıram, “görüşənə qədər” deyirəm. Hamınızı sevirəm".

Qeyd edək ki, 32 yaşlı müdafiəçi “Səbail”ə ötən yay qoşulmuşdu.