"Səbail" komandası daha bir futbolçusu ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Mirabdulla Abbasov "Neftçi"nin yetirməsidir. O, “Səbail”də 21 oyuna 4 qol vurub.