"Səbail"də maddi durum düzəlmək bilmir.
Rekord.az-a daxil olan məlumata görə, futbolçular artıq 2 aydır ki, maaş ala bilmir.
Söhbət fevral və mart aylarından gedir. Mövcud vəziyyəti və futbolsuzluğu nəzərə alsaq, "Səbail" futbolçularının aprel ayında da pul üzü görəcəyi inandırıcı görünmür.