“Səbail”dən ayrılan futbolçu rəsmən “Sabah”da
- 28 Yan 2020 15:40
- 712
“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalanıb.
26 yaşlı futbolçu karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub.
Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.