Premyer Liqanın 11-ci turunda "Qəbələ"nin qonağı olacaq "Səbail" doğma məkandan uzaq düşüb. 

 

Rekord.az xəbər verir ki, "dənizçilər" 1 həftə ərzində "ASCO Arena"ya daxil olmaq hüququndan məhrum edilib.

 

İş ondadır ki, AFFA qadınlardan ibarət millini Bayıl qəsəbəsi ərazisində yerləşən bazada məskunlaşdırıb və stadionu da tamamilə onların ixtiyarına verib.

"Səbail"in futbolçularına gələn həftənin ortasınadək bura daxil olmaq qadağan edilib. Komanda bu məqsədlə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasına "göndərilib".