"Səbail"in icraçı direktorunun gizli mesajının üstü açıldı
- 22 Dek 2019 12:00
- 1367
Ölkə kubokunun ¼ final mərhələsində "Zirə"yə məğlub olan "Səbail"də şok fakt üzə çıxıb.
Rekord.az xəbər verir ki, klubun icraçı direktoru Ramin Həsənov cavab görüşündən öncə futbolçuları ruhdan salan addım atıb.
O, əksər komanda üzvlərinə telefonla mesaj yazaraq, "başqa klublardan təklif almısansa, gedə bilərsən, sənə verəcəyimiz pul yoxdur" xəbərdarlığı edib.
Kollektivi ruhdan salan Həsənovun bu hərəkəti barədə rəhbərliyə məlumat verilsə də, faktiki olaraq prezidert səlahiyyətlərini yerinə yetirən bu şəxs heç bir tədbir görməyib.
Bu, icraçı direktorun heyəti dağıtmaq üçün neçənci belə cəhdidir. Onun niyyəti birmənalıdır: komandanı zəiflətmək və Aftandil Hacıyevi istefaya göndərmək.
İndiyədək bir neçə dəfə baş məşqçini vəzifəsindən uzaqlaşdırmağa çalışıb, lakin belə deyək, daş qayaya rast gəlib. Hacıyev yaxınrlarda "Zirə"dən təklif alsa da, Abdullayevə şəxsi hörməti səbəbindən "Səbail"dən ayrılmayıb. (sportinfo.az)