Maddi cəhətdən ciddi sıxıntı yaşayan və büdcəsi azaldılan "Səbail" daha bir problemlə üzləşib.

Rekord.az xəbər verir ki, AFFA-nın tələbi ilə əvəzedici komandanı bərpa etməli olan Bayıl təmsilçisi futbolçu qıtlığı yaşayır.

Belə ki, əvəzedici komandaya futbolçu tapa bilmirlər. Bildiyiniz kimi, komanda formalaşdıran zaman limiti də nəzərə almaq lazımdır. "Səbail" isə hazırda axtarışda olsa da normal futbolçu tapa bilmir. Bu yaşa uyğun gələn futbolçular da ilk növbədə əsas komandaya cəlb olunur.