"Səbail"in qapıçısı: "Nəinki parkda qaçmaq, heç evin yanında gəzişmək də çətindir"
- 29 Apr 2020 11:00
- 561
“Bakıda karantin rejimi yüngülləşdirilir. Dünəndən etibarən bəzi mağazalar da açıldı”.
Rekord.az xəbər verir ki, bunu “Səbail”ın qapıçısı Aleksandr Rıbka deyib.
Ukraynalı koronavirus pandemyası ilə bağlı karantin barədə fikirlərini həmvətənləri ilə bölüşüb: “Mayın 4-dən sonra gözəllik salonları və bərbərxanalar da açılmalıdır.
KİV-in məlumatına görə, Azərbaycanda sağalanların sayı artıq yoluxanlardan daha çoxdur. Eyni zamanda küçədə hərəkətə məhdudiyyətlər qalmaqdadır.
Hansısa məsələ üçün şəhərə çıxmalısansa, xüsusi nömrəyə “sms” göndərməlisən. Nəinki parkda qaçmaq, heç evin yanında gəzişmək də çətindir. Şəhərdə postlar qurulub ki, orada sənin evdən icazə sms-i ilə çıxdığını, yoxsa karantini pozduğunu yoxlayırlar”.
Rıbka Ukrayna mətbuatına Azərbaycan Premyer Liqasının bərpasından da danışıb: “Çempionatın bərpasına gəlincə, hələlik belə bir məlumat var ki, I divizion mayın 21-də, yüksək dəstə 23-də başlaya bilər.
Ola bilsin ki, mayın 6-da bir neçə nəfərlik qruplarla məşqlərə başlayaq. Hələlik isə formanı və əzələlərimizi məşqçilərin tapşırıqlarını yerinə yetirməklə ev şəraitində saxlayırıq”.