"Səbail"in sabiq futbolçusu zəlzələyə görə Albaniyadan qaçdı
- 26 Dek 2019 18:00
- 720
“Səbail”in sabiq futbolçusu Tome Kitanovski “Kukesi"dən ayrılıb.
Rekord.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, şimali makedoniyalı müdafiəçi baş verən zəlzələdən sonra Albaniyanı tərk edib. O, zəlzələyə qarşı fobiyası olduğu üçün belə qərar verib. Bir müdddət keçsə də, 27 yaşlı oyunçu geri qayıtmayacağını açıqlayıb. Kitanovski rəhbərlikdən müqaviləsinin ləğv edilməsini xahiş edib və klubdan təzminat almaq fikrinin olmadığını bildirib
Qeyd edək ki, Kitanovski ötən mövsüm “Səbail”də oynayıb.
Xatırladaq ki, noyabrın 27-də Albaniyada 6.4 bal gücündə zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində 50-dən çox insan ölmüşdü.