17 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Macarıstanda təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 2-ci qrupda Bosniya Herseqovina, Ukrayna və Lixtenşteyn komandaları ilə birgə mübarizə aparacaq.

Bu qrupun oyunları 24-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.