Bakının “Keşlə” klubu Azərbaycan çempionatlarında 75-ci səfər heç-heçəsinə nail olub.

Rekord.az xəbər verir ki, bu, Premyer Liqanın 10-cu turunun “Səbail”lə qarşılaşmasına təsadüf edib. “ASCO Arena”da qeydə alınan qolsuz bərabərlik qonaqların rəqib meydanlarında 277-ci oyundakı 75-ci sülhü olub. Ümumiyyətlə isə “Keşlə”nin hesabında 142 heç-heçə var.

Əvvəl “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt klubu səfər heç-heçələrinin sayında 3-cü göstəriciyə malikdir. “Qarabağ” hamıdan çox – 101 dəfə rəqib meydanından 1 xalla ayrılıb. “Neftçi”nin hesabında 84 bərabərlik var.