"Səfərə tam heyətlə yollana bilməyəcəyik”
- 31 Okt 2024 16:00
- 129
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov bu gün keçirilən məşqdən əvvəl açıqlama verib.
Rekord.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Bu gün hazırlığa başladıq. Komanda Bakıda 3 məşq keçəcək. Bu da daha çox taktiki planda olacaq və standartların yerinə yetirilməsi üzərində işləyəcəyik. Noyabrın 3-də Bosniya və Herseqovinaya yola düşəcəyik. Orada oyundan əvvəl bir məşqimiz olacaq. Daha sonra 2 görüş keçirəcəyik.
Səfərə tam heyətlə yollana bilməyəcəyik. Bilirsiniz ki, qapıçımız Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirir. Düşündük ki, o klubunda qalsın və çempionat oyunlarında iştirak etsin. Çünki Qazaxıstan çempionatının oyunları davam edir. Eləcə də zədə və digər səbəblərdən bu toplanışa qatılmayan futzalçılarımız var.
Ümumi götürdükdə, komandada vəziyyət yaxşıdır, uşaqlar istəklidirlər. Artıq Azərbaycan çempionatı da start götürüb və 3 tur oynanılıb. Bu da futzalçıların oyun təcrübəsi qazanması, milliyə daha hazırlıqlı gəlməsi baxımından önəmlidir.
Təbii ki, hər iki yoldaşlıq oyunu İsveçlə dekabrın 17-də Bakıda keçirəcəyimiz rəsmi matça hazırlıq xarakteri daşıyır. Rəqibimiz yaxşı komandadır. “Araz-Naxçıvan”la UEFA Çempionlar Liqasının ilkin mərhələsində İsveç çempionuna qarşı oynamışıq. Həmin heyətdə millinin 5-6 futzalçısı yer almışdı. Demək olar, son 5-6 ildə milliləri eyni heyətlə çıxış edir. Bizi çətin qarşılaşma gözləyir”.