Şəhid Əmrahov Emin Əvəz oğlunun xatirəsinə qol güləşi üzrə Ağstafa birinciliyi keçirilib
- 06 Fev 2024 18:48
- 369
Ağstafada şəhid Əmrahov Emin Əvəz oğlunun xatirəsinə Qol güləşi üzrə açıq rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, birinciliyin təntənəli açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Ağstafa rayonu üzrə gənclər və idman sektorunun, ''Qarabağ Əlillərinə Qayğı'' İctimai Birliyinin Ağstafa filialının məsul əməkdaşları, idmançılar, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları , qazilər iştirak ediblər.
Tədbir iştirakçıları Şəhid Emin Əvəz oğlu Əmrahovun qəbirüstü abidəsini ziyarət edib önünə gül dəstələri qoyublar. Sonra birinciliyin Ağstafa Mədəniyyət Mərkəzində rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi açılış mərasimində çıxış edən natiqlər şəhid Emin Əmrahovun şərəfli döyüş yolundan geniş söz açaraq , Azərbaycan xalqı tərəfindən şəhidlərimizin xatirəsinin daima əziz tutulacağını, belə kütləvi idman yarışları və digər mədəni kütləvi tədbirlərlə onların xatirələrinin əbədiləşdiriləcəyini qeyd ediblər.
Açılış mərasimindən sonra ayrı- ayrı yaş qrupu və çəkilər üzrə yarışa qatılmış gənc və həvəskar idmançılar arasında mübarizəyə start verilib. Ümumillikdə 70 nəfərdən çox idmançının qatıldığı xatirə birinciliyində yüksək nəticə əldə etmiş gənc idmançılar diplomlarla təltif olunub.