Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı
- 08 Mar 2022 11:42
- 560
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.
Rekord.az xəbər verir ki, təcrübəli qrossmeyster D qrupundakı sonuncu - 6-cı tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 35-ci gedişdə heç-heçə edib.
Bununla da bütün qarşılaşmalarını heç-heçə bitirən azərbaycanlı qrossmeyster 3 xal toplayıb və qrup lideri ola bilmədiyi üçün mübarizəni dayandırıb. 3,5 xala malik Vaşye-Laqrav isə hələlik liderdir.