Şəhriyar Məmmədyarov Özbəkistanda Superturnirdə iştirak edəcək
- 05 İyn 2024 16:00
- 386
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iyunun 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Superturnirdə iştirak edəcək.
Rekord.az xəbər verir ki, 39 yaşlı qrossmeyster ən yüksək reytinqli iştirakçıların çıxış etdiyi “Masters” bölümündə mübarizə aparacaq.
Onunla yanaşı, Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yanqyi Yu (Çin), Vidit Santoş Qucrati (Hindistan), Riçard Rapport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digər şahmatçılar turnirdə yer alacaqlar.
Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq.
Yarışa iyunun 14-də yekun vurulacaq.