Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı
- 17 Okt 2022 22:51
- 491
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində növbəti görüşlərini keçirib.
Rekord.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub.
Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə sülh bağlayıb.
Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan təmsilçisi ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.