Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarında qələbə qazanıblar.


Rekord.az xəbər verir ki, Məmmədyarov Fərid Abbasovu, Rəcəbov isə Namiq Quliyevi məğlub edib.


1/8 final

İlk oyunlar


Kişilər

Fərid Abbasov – Şəhriyar Məmmədyarov 0:1

Teymur Rəcəbov – Namiq Quliyev 1:0

Məhəmməd Muradlı – Nicat Məmmədov 1:0

Vüqar Rəsulov – Rauf Məmmədov 0,5:0,5

Vasif Durarbəyli – Əhməd Əhmədzadə 0,5:0,5

Vüqar Əsədli – Eltac Səfərli 0,5:0,5

Misrətdin İsgəndərov – Nicat Abasov 0,5:0,5

Aydın Süleymanlı – Read Səmədov 1:0


Qadınlar

Lalə Hüseynova – Günay Məmmədzadə 0:1

Gövhər Beydullayeva – Səbinə Rzalı 1:0

Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva 0:1

Xanım Balacayeva – Ləman Hacıyeva 1:0

Mələk İsmayıl – Gülnar Məmmədova 0:1

Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova 0:1

Nərmin Kazımova – Türkan Məmmədyarova 1:0

Nərmin Abdinova – Səbinə İbrahimova 0,5:0,5


Raundun cavab görüşləri bu gün saat 15:00-da start götürəcək.