Şəhriyar Məmmədyarovun FİDE Qran-prisindəki rəqibləri bilindi
- 16 Fev 2022 13:30
- 600
Fevralın 28-də Serbiyanın paytaxtı Belqradda start götürəcək şahmat üzrə FİDE Qran-prisinin 2-ci mərhələsinin püşkü atılıb.
Rekord.az Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov reytinq favoritlərindən biri kimi D qrupuna düşüb.
Hazırda 2767 xala malik Məmmədyarov qrupun 1-ci pilləsində yer alıb. Onun rəqibləri fransalı Maksim Vaşye-Laqrav (2761), çinli Yu Yanq Yi (2713) və rusiyalı Aleksandr Predke olacaq.
A qrupu
Aleksandr Qrişuk (Rusiya), 2764
Dmitri Andreykin (Rusiya), 2724
Sem Şenklend (ABŞ), 2708
Etyen Bakro (Fransa), 2642
B qrupu
Aniş Giri (Niderland), 2772
Nikita Vityuqov, (Rusiya), 2726
Pentala Harikrişna (Hindistan), 2719
Amin Tabatabayi (İran), 2623
C qrupu
Rixard Rapport (Macarıstan), 2763
Vidit Qucrati (Hindistan), 2727
Vladimir Fedoseyev (Rusiya), 2704
Aleksey Şirov (İspaniya), 2704
D qrupu
Şəhhriyar Məmmədyarov (Azərbaycan), 2767
Maksim Vaşye-Laqrav (Fransa), 2761
Yu Yanq Yi (Çin), 2713
Aleksandr Predke (Rusiya), 2682
FİDE Qran-prisinin 2-ci mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.