
Şəhriyarın finaldakı rəqibi bu gün bəlli olacaq
- 12 Fev 2025 13:15
- 212
Şəhriyar Məmmədyarovun şahmat üzrə Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq.
Rekord.az xəbər verir ki, yarımfinalda hər iki görüşü heç-heçə ilə başa vuran Rauf Məmmədov və Teymur Rəcəbov tay-brekdə üz-üzə gələcəklər.
Məmmədyarov daha əvvəl bu raundda Misrətdin İskəndərova qalib gəlib - 2:0.
Qadınlarda Günay Məmmədzadə tay-brekdə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva isə Gövhər Beydullayeva ilə görüşəcək.
Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.