“Səhvlər bizi aşağı doğru dartır”
- 17:00
- 47
"Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının 11-ci turunda "Gəncə" ilə matçdan (66:79) sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis məğlubiyyətin səbəbini oyunçu çatışmazlığı ilə əlaqələndirib:
"Bizim üçün çox çətindir. Əvvəlki kimi rotasiya problemimiz var. Çoxlu səhvlərin səbəbi 5 oyunçunun uzun müddət meydanda olmasıdır. Səhvlər bizi aşağı doğru dartır. Bu gün ötən qarşılaşmalara nisbətən daha yaxşı oyun nümayiş etdirdik. Amma bu qələbə üçün yetərli deyil. Bu qədər məğlubiyyətlər basketbolçuların psixoloji durumuna da mənfi təsir edir. Yenə də bunun obyektiv səbəbləri olduğunu deyəcəyəm. Ümid edirəm ki, 3-cü qələbəmizi Lənkəranda qazanacağıq".