“Səhvlərə görə qızıl medalı əldən verdim”
- 30 Avq 2024 17:00
- 163
“Məqsədim Vətənə çempion olaraq qayıtmaq idi. Amma müəyyən səhvlərə görə qızıl medalı əldən verdim”.
Rekord.az xəbər verir k, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) deyib.
K44 kateqoriyasında mübarizə aparan idmançı 19 yaşında paralimpiadada mükafat əldə etməyin qürurverici olduğunu bildirib:
"Yeni hədəflərim var. Dünya və Avropa çempionu olmaq, həmçinin Los-Anceles-2028 Paralimpiadasında qızıl medal qazanmaq istəyirəm. Dəstəyinə və diqqətinə görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə, Milli Paralimpiya Komitəsinə, Taekvondo Federasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, turnir sentyabrın 8-də başa çatacaq.