“Şəki” iki legionerlə vidalaşdı
- 29 Apr 2024 17:30
- 248
Azərbaycan Basketbol Liqasında (ABL) çıxış edən “Şəki” kollektivi iki legionerlə vidalaşıb.
Rekord.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrda düşərgəyə qoşulan 2 amerikalı basketbolçu - Simeus Vebster və Vanya Kinq komandanı tərk ediblər.
"Şəki" ABL-də müntəzəm mövsümü 19 xalla sonuncu yerdə başa vurub.