"Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının pley-off mərhələsidə "Şəki" ilə ilk oyunu (84:85) dəyərləndirib.


Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib.


O, növbəti oyuna kökləndiklərini vurğulayıb:


"Rəqibimizi təbrik edirəm. Növbəti oyunu gözləyirik. Həmin matça uyğun hazırlaşacağıq".


Tərəflər arasında ikinci qarşılaşma aprelin 20-də baş tutacaq.