Şəkidə “Sağlam həyat” bədən tərbiyəsi və idman layihəsi
- 20 May 2023 13:00
- 400
“Sağlam həyat” bədən tərbiyəsi və idman layihəsi çərçivəsində Şəki şəhər 8 saylı şəhər tam orta məktəbin stadionunda Ümumtəhsil məktəblərinin 13-15 yaşlı şagirdləri arasında yüngül atletika növləri üzrə şəhər birinciliyi keçirilmişdir.
Rekord.az xəbər verir ki, birincilikdə oğlanlar üzrə I yerə 3 nömrəli şəhər tam orta məktəbin komandası, II yerə 8 nömrəli şəhər tam orta məktəbin komandası, III yerə 19 nömrəli şəhər tam orta məktəbin komandası layiq görülmüş.
Qızlar üzrə I yerə 8 nömrəli şəhər tam orta məktəbin komandası, II yerə 19 nömrəli şəhər tam orta məktəbin komandası, III yerə 14 nömrəli şəhər tam orta məktəbin komandası layiq görülmüşdür. Qeyd edək ki, 14 və 6 nömrəli məktəblərin komandaları fəal iştirakına görə təltif edilmişdir. Qalib gələn idmançılar Şəki şəhər Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılmışlar.