“Şəki”nin kapitanı Roti Veyr Azərbaycan Basketbol Liqasının B qrupu üzrə ən dəyərli oyunçu (MVP) seçilib.


Rekord.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Basketbol Federasiyası “Gəncə” ilə pley-off matçından öncə amerikalı oyunçunu mükafatlandırıb.


Qeyd edək ki, Roti Veyr XV (“Lənkəran”la oyun – 33 xal), XVI (“Ordu” ilə matç – 33 xal) və XX turda (“Lənkəran”la görüş – 23 xal) da ən yaxşı basketbolçu adına layiq görülmüşdü.