“Şəki”nin baş məqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Gəncə” üzərində qazandıqları qələbəni şərh edib.


Rekord.az xəbər verir ki, mütəxəssis komandası ilə qürur duyduğunu vurğulayıb.


“Şəki”nin pəri nağılı davam edir. Uşaqlar hər şeyi haqq edirlər. Komandamla qürur duyuram. ”Gəncə”ni də gözəl oyuna görə təbrik edirəm. Bu rəqiblə 7 matç keçirib, 4-də qalib gəldik. Bu matçda texniki cəhətdən zəif oynaya bilərik. Amma oyunda heç vaxt qələbədən vaz keçməyən komandamız var idi. Biz komandanı bu fəlsəfə ilə qurmuşuq. “Şəki” növbəti mövsüm A qrupunda oynamaq hüququ əldə edib. Yarımfinaldakı rəqibimiz “Sabah” Çempionlar Liqası üçün qurulmuş heyətə malikdir. Həmçinin bu mövsüm Avropa Kubokunda oynamış bir komandadır. Səviyyə fərqi eyni olmasa da, mübarizəyə eyni şəkildə davam edəcəyik. Bəlkə sürpriz edə bilərik. Hamıya zövqlü bir matç izlətdirmək istəyirik. Oyunçularım hörməti haqq edir. Hər şey onların əsəridir”.


“Şəki” pley-off mərhələsində üç oyunun nəticəsinə (2:1) əsasən “Gəncə”ni məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bölgə təmsilçisi bu mərhələdə “Sabah”la üz-üzə gələcək.