Şotlandiya çempionatında 2024/2025 mövsümünün qalibi bəlli olub.


Rekord.az xəbər verir ki, “Seltik” 34-cü turda səfərdə “Dandi Yunayted”i 5:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.


Bununla da ən yaxın izləyicisi “Reyncers”i 18 xal qabaqlayan “Seltik” 55-ci dəfə çempion olub.


“Seltik” bu uğur nəticəsində çempionluq sayında əzəli rəqibi “Reyncers”ə çatıb. Hazırda hər iki komandanın hesabında 55 çempionluq titulu var.