Səmədova dünya üçüncüsü oldu
- 05 Sen 2024 23:41
- 251
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün qadın güləşində ilk medalçılar müəyyənləşib.
Nərgiz Səmədova (55 kq) təsəlliverici görüşdə kanadalı Madisin Qrofa 9:4 hesabıyla qalib gəlib. Həmyerlimiz bürünc medal uğrunda görüşdə yaponiyalı Karina Honda ilə qarşılaşıb. Rəqib 7:0 hesabıyla önə çıxsa da, güləşçimiz əsl əzmkarlıq nümayiş etdirib. İlk hissənin sonlarında gözəl 4 xallıq fənd işlədən Səmədova fasilədən sonra da eyni fəndi uğurla tətbiq edib və “tuş”la qalib gələrək dünya üçüncüsü olub.
Ruzanna Məmmədova (59 kq) bürünc medal görüşündə hindistanlı Komal Komalla qarşılaşıb. Rəqibinə 1:6 hesabıyla məğlub olan Ruzanna 5-ci yerlə kifayətlənib.