Rusiyuada qadın voleybolçuların birinciliyində 1/4 final mərhələsinə start verilib. "Rekord.az" xəbər verri ki, Azərbaycan millinin üzvü Yelizaveta Səmədovanın formasını geyindiyi "Leninqradka" bu mərhələdə Kazan "Dinamo"su ilə qarşılaşıb. 

Sankt-Peterburqda baş tutan ilk görüş Liza və rəfiqələri üçün uğursuz alınıb. 3 hissə davam edən matçda hücumçumuzun komandası 0:3 hesabı ilə uduzub. 

Komandasının məğlub olduğu ilk görüşdə yığmamızın üzvü 7 dəfə fərqlənib. Səmədova xalların hamısını hücumda qazanıb.

Qeyd edək ki, cütün cavab oyunu martın 7-də baş tutacaq.