Səmədova Rusiyada yenə məğlub oldu
- 21 Okt 2019 08:51
- 1124
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Leninqradka" 2-ci tur çərçivəsin "Proton" klubunun qonağı olub.
Səfər görüşü Liza və rəfiqələri üçün yaxşı başlayıb. İlk seti aktivinə yazdıran "Leninqradka" üstünlüyü sonadək qoruya bilməyib. 4 hissə davam edən görüşdə voleybolçumuzun komandası 1:3 (25:16, 23:25, 22:25, 16:25) hesabı ilə məğlub olub.
Sankt-Peterburq təmsilçisinin xalsız qaldığı qarşılaşmada yığmamızın üzvü meydan sahiblərini 12 dəfə məyus edib. Səmədova xalların hamısını hücumda qazanıb.