Səmədova yenə hamını üstələdi
- 10 Yan 2020 10:38
- 1143
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi olimpiya oyunlarının seçmə mərhələsində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Niderlandda təşkil olunan turnirin 2-ci turunda Bolqarıstan üz-üzə gəlib və məğlub olub.
Komandamızın xalsız qaldığı görüşdə hücumçumuz Yelizaveta Səmədova yenə hamıdan çox fərqlənib. O, bolqarları 22 dəfə məyus edib. Liza bu xallardan 20-ni hücumda, 2-ni isə blokda qazanıb.
Millimizin heyətində Polina Rəhimova 20, Nikalina Başnakova 11, Ayşən Abduləzimova 10, Mariya Kirilyuk 3, Anastasiya Qurbanova 1, Marqarita Əzizova 1 xal qazanıblar.